"Kəpəz"ə görə 10 min dollardan imtina etməyə hazır olan kimdir?

26 İyun 2022 13:20 Araşdırma 1 996
"Kəpəz"ə görə 10 min dollardan imtina etməyə hazır olan kimdir?

"Karyeramda ən doğru addımım "Kəpəz"ə keçməyim olub» - bunu Dario Frederiko hələ "Neftçi"də oynayarkən Braziliya mediasına müsahibə verərkən demişdi.

İndi keçirəm son bir ayda baş verənlərə:

"Kəpəz"in Premyer Liqaya gəlməsini biləndən sonra Dario ona Tanzaniyadan gələn aylıq 10 min dollar maaşdan, üstəlik, 22 minlik "podyomnu"dan imtina edə biləcəyini və Gəncədə ayına 7 min dollar əməkhaqqı qarşılığında oynamağa razı olduğunu dedi.

Daha sonra "Kəpəz"dən bir az da aşağı qiymət təklif olundu və bu dəfə aylıq cəmi 5 min dollara oynamağa razılaşdı. Bir şərtlə ki, 10 min dollar "podyomnu" verilsin və yenə də gözlədilər.

Yaşar Vahabzadə Darionun bir müddətdir futbolsuz olmasından yaman narahat idi.

İndi baxaq Yaşar Vahabzadənin "Kəpəz"ə gətirdiyi bir neçə oyunçuya:

- Elvin Yunuszadə 2 ilə yaxındır futbol oynamır.

- Cavid İmamverdiyev xroniki zədələrdən əziyyət çəkir (onunla müqavilə hələ də uzadılmayıb).

- Peyman Keşavarz 1 ildən çoxdur normal futbol oynamır (heç nə baş verməsə, yaxın günlərdə komandaya qoşulacaq).

Bunu niyə indi yazıram, çünki Darioya artıq 4 iyul tarixin üçün Afrikaya bilet alınıb.

P.S. Darionun gəlişiylə hər şeyin düzələcəyini düşünənlərdən deyiləm, ümumiyyətlə, indiki dövrdə nəticəni adların yox, güclü maliyyə dayağının həll edəcəyi fikrindəyəm.

P.P.S. Darioyla son dövrlərdə çox danışığımız olub, hamısının "skrinşot"u var.

Son 4 ildə "Kəpəz"ə dönmək istəyən 3 futbolçudan biri idi. Digərlərindən biri karyerasını bitirib, üçüncüsü, məhz Yaşar Vahabzadəyə görə gəlmək istəmədi.

"Kəpəz"ə aid olan hər kəsə deyirəm: arada pul qazandığınız (qazanacağınız) klubun hansı azarkeş kütləsinə sahib olduğunu özünüz-özünüzə xatırladın.

"Yaxşı olar"larınızı da özünüzə saxlayın, biz artıq doymuşuq - lap istəsəz, gözünüzə də sürtün.

Müşviq Məmmədov
"Kəpəz" fanatı

Digər Xəbərlər
Xəbər Lenti