Rusiya “Azovstal”da təslim olan ukraynalı hərbçilərin sayını açıqladı

18 May 2022 18:30 Araşdırma 1 267
Rusiya “Azovstal”da təslim olan ukraynalı hərbçilərin sayını açıqladı

““Azovstal” kombinatının ərazisində blokadada qalmış ukraynalı hərbçilər və “Azov” alayının döyüşçüləri təslim olmağa davam edirlər”.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.

“Ötən sutka ərzində 29-u yaralı olmaqla 694 ukraynalı döyüşçü təslim olub”, - deyə məlumatda vurğulanıb.

Konaşenkov qeyd edib ki, ümumilikdə mayın 16-dan bu günə qədər 80-ni yaralı olmaqla 959 döyüşçü təslim olub. Bildirilib ki, onlardan 51-i “Donetsk Xalq Respublikası”nda xəstəxanaya yerləşdirilib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var