Ruslana 5 təklif birdən - “Boluspor”, “Ksanti”, “Şamaxı”...

15 May 2022 20:00 Araşdırma 1 498
Ruslana 5 təklif birdən - “Boluspor”, “Ksanti”, “Şamaxı”...

Cari mövsümü “Səbail”də keçirən Ruslan Hacıyev karyerasını hazırkı klubunda davam etdirməyəcək.

Buna səbəb 24 yaşlı futbolçunun daha çox oynamaq və qazanmaq istəyidir.

Təkliflər isə, nə qədər istəsən. Hamısı da bölgə təmsilçilərindən. Növbəti mövsüm üçün iddialı komanda qurmağı hədəfləyən “Şamaxı” Ruslana çoxdan sahib olmaq istəyirdi.

Sadəcə, müqavilə ilə “Səbail”ə məxsus olması keçidi əngəlləyirdi. Mövsümün sonuna yaxın “qırmızılar” fəallığı bir qədər də artırıb.

Premyer Liqaya qayıdan “Turan Tovuz”la “Kəpəz” də Hacıyevin konkret müştəriləri sırasındadır. Sıfırdan komanda yığan hər iki qərb təmsilçisi 24 yaşlı yarımmüdafiəçi ilə güclənmək istəyir.

Ruslanın legioner həyatı yaşamaq şansı da var. Belə ki, Türkiyədən Boluspor, Yunanıstandan “Ksanti” azərbaycanlı vingerin xidmətində maraqlıdır. Lakin səbəbkarın ölkə xaricinə yollanmaqda tərəddüd etməsi əcnəbi klubları bi qədər gözləməyə vadar edir.

“19 nömrə” əksər azərbaycanlı futbolçuların problem yaşadığı Yunanıstana yollanmaqdan ehtiyatlanır. “Boluspor”un isə Türkiyənin Birini Liqasını tərk etmək təhlükəsi var.

Ruslan Hacıyev cari Premyer Liqa mövsümündə 19 oyunda 850 dəqiqə meydanda olub, ölkə kubokunda 3 matçda (85 dəqiqə) 1 qol vurub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti