Azərbaycanda futbola gələnlərə hədiyyə paylanacaq – ÖZƏL GÜNÜN DETALLARI

12 May 2022 20:40 Araşdırma 785
Azərbaycanda futbola gələnlərə hədiyyə paylanacaq – ÖZƏL GÜNÜN DETALLARI

“Bilirsiniz ki, Azərbaycan Kubokunun final oyunu Peşəkar Futbol Liqası üçün xüsusi tədbirdir. Biz hər zaman final oyununu yaxşı səviyyədə keçirməyə çalışmışıq”.

Peşəkar Futbol Liqasının Texniki-idman şəbəsinin rəisi Elgiz Abbasov ölkə kubokunun mayın 27-də baş tutacaq həlledici qarşılaşması ilə bağlı Sportinfo.az-a açıqlama verib.

Qurum rəsmisi Qəbələdəki stadionun səs-küylü oyunu qəbul etməyə hazır olduğunu deyərək, yaxın günlərdə bölgəyə səfər edəcəklərini bildirib:

“Oyun Qəbələ şəhər stadionunda keçiriləcək. Bu stadionun artıq iki dəfə final təcrübəsi var. Biz PFL olaraq Qəbələ şəhər stadionunda özümüzü həmişə evimizdəki kimi hiss etmişik.

Hesab edirik ki, stadion finala hazırdı. Amma stadiona 11 may tarixdə kiçik detalların aradan qaldırılması üçün baxış keçiriləcək və qarşıdakı iki çempionat oyunu bizim üçün həm də sınaq baxımından önəmlidir”.

Buna qədərki finallardan, xüsusən də Naxçıvan və Qəbələ kimi bölgələrdə baş tutan həlledici oyunlardan əvvəl PFL-in dəstəyi ilə şou proqramlar keçirilib.

Helikopterdən yerə insan enib, göyə Azərbaycan bayrağında rənglərində şarlar buraxılıb, oyunlardan əvvəl tanınmış müğənnilər öz mahnıları ilə stadiona toplaşanları feyziyab edib.

Maraqlıdır, bu dəfə hansı tədbir keçiriləcək? Xüsusi qonaqlar kimlər olacaq?:

“Final oyununa hazırlıq gedir. Bildiyimiz kimi, oyun 27 may tarixinə təsadüf edəcək. Bayramqabağı biz stadiona gələcək hər bir azarkeşə ən dəyərli hədiyyə - Azərbaycan bayrağı verəcəyik.

Bundan əlavə, komandaların böyük bayraqları və Azərbaycan Kubokunun böyük bayrağı ilə açılış mərasimi nəzərdə tutulub. Hələ ki, dəqiqləşən məqamlar bunlardır, digər detallarla bağlı ictimiyyətə məlumat veriləcək”.

Azərbaycan kubokunun “Qarabağ”la “Zirə” arasında keçiriləcək final matçı mayın 27-də Qəbələ şəhər stadionunda baş tutacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti