Qurban Qurbanovun yeri

18 Yanvar 2022 12:40 Araşdırma 1 069
Qurban Qurbanovun yeri

Dünya məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb.

Sportinfo.az xəbər verir ki, siyahıda karyerasını davam etdirən ən yaxşı 500 mütəxəssisin adı yer alıb.

Planetin ən güclü məşqçiləri arasında Azərbaycan bir mütəxəssislə təmsil olunub.

“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov sonuncu dəfə iki həftə öncə açıqlanan cədvəllə müqayisədə 2 pillə irəliləyib. 50 yaşlı mütəxəssis 1592 xalla dünyanın 221-cisidir.

Siyahının ilk üç pilləsində Pep Qvardiola (2197), Yurgen Klopp (2090) və Joze Mourinyo (2059) qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti