Onları Azərbaycana kim gətirəcək: “Zirə”, “Sumqayıt” , yoxsa “Keşlə”?

16 May 2021 19:20 Araşdırma 1 148
Onları Azərbaycana kim gətirəcək: “Zirə”, “Sumqayıt” , yoxsa “Keşlə”?

Konfrans Liqasında Azərbaycan klublarının 67 mümkün rəqibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, ilk dəfə keçiriləcək turnirdə ölkəmizi üç komanda təmsil edəcək.

Hər üç komanda II təsnifat mərhələlərindən yarışa qatılacaq. Təmsilçilərimiz kimi ilk raunddan azad olan 27 klub, həmçinin I təsnifat mərhələsinin 40 iştirakçısı bəllidir.

Ölkəmizi burada təmsil edəcək klublardan biri “Qarabağ”la “Neftçi”nin çempionluq duelində uduzacaq komanda olacaq. Digər iki vəsiqə isə “Zirə”, “Sumqayıt” və “Keşlə” “üçlüy”ü arasından sahibini tapacaq.

İlk iki mərhələnin püşkü iyunun 15-16-da atılacaq.

Konfrans Liqası
I təsnifat mərhələsi

“Fehervar” (Macarıstan)
“Dandolk” (İrlandiya)
“Suduva” (Litva)
TNS (Uels)
“Spartak” (Slovakiya)
“Klaksvik” (Farer adaları)
“KuPS” (Finlandiya)
“Hafnarfyordur” (İrlandiya)
“Sutyeska” (Monteneqro)
“Liepaya” (Latviya)
“Hibernians” (Malta)
“Levadiya” (Estoniya)
“Styarnan” (İslandiya)
“Uypeşt” (Macarıstan)
“Puşkaş Akademiyası (Macarıstan)
“Şkupi” (Şimali Makedoniya)
“Petrokub” (Moldova)
“Runavik” (Farer adaları)
“Bala Taun” (Uels)
“Qzira” (Malta)
“Breydablik” (İslandiya)
“Sent Cozef” (Cəbəllütariq)
“Milsami” (Moldova)
“Jalgiris” (Kaunas, Litva)
RFS (Latviya)
“İnter” (Finlandiya)
“Panevejis” (Litva)
“Bohemians” (İrlandiya)
“Sliqo Rovers” (İrlandiya)
“Sfantul” (Moldova)
“Birkirkara” (Malta)
“Valmiera” (Latviya)
“Qaqra” (Gürcüstan)
“Dinamo” (Batumi, Gürcüstan)
“Honka” (Finlandiya)
“Dila” (Gürcüstan)
“Llapi” (Kosovo)
“Payde” (Estoniya)
“Deçiç” (Monteneqro)
“Podqoritsa” (Monteneqro)

II təsnifat mərhələsi
“Bazel” (İsveçrə)
“Astana” (Qazaxlstan)
PAOK (Yunanıstan)
AEK (Yunanıstan)
“Partizan” (Serbiya)
BATE (Belarus)
“Molde” (Norveç)
“Rusenborq” (Norveç)
“Apollon” (Kipr)
“Aberdin” (Şotlandiya)
“Vorskla” (Poltava)
“Osiyek” (Xorvatiya)
“Anartosis” (Kipr)
AEL (Kipr)
“Çukariçki” (Serbiya)
“Voyvodina” (Serbiya)
“Slovaçko” (Çexiya)
“Servett” (İsveçrə)
“Aris” (Yunanıstan)
“Valerenqa” (Norveç)
“Haken” (İsveç)
“Elfsborq” (İsveç)
“Tobol” (Qazaxıstan)
“Şaxtyor” (Qazaxıstan)
“Torpedo” (Belarus)
“Rakov” (Polşa)
“Poqon” (Polşa)

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"