Futbol adamlarına məxsus bahalı villalar - FOTOREPORTAJ

6 May 2021 13:40 Araşdırma 863
Futbol adamlarına məxsus bahalı villalar - FOTOREPORTAJ

Goal.com saytı ən bahalı evlərə sahib olan futbolçuların və sabiq oyunçuların siyahısını hazırlayıb.

Sportinfo.az xəbər verir ki, onların arasında 7 şəxs yer alıb.

Ən bahalı ev "Mançester Yunayted"in və İngiltərə millisinin sabiq futbolçusu, hazırda "İnter Mayami"nin sahiblərindən biri olan Devid Bekhemə məxsusdur. Villanın dəyəri 40 milyon sterlinqdir.




İkinci sırada Ueyn Runidir. İngiltərəli məşhurun evinin qiyməti 20 milyon sterlinqdir.



Braziliyalı Kaka 3-cü pillədə qərarlaşıb. Onun yaşadığı ev 9 milyon sterlinq məbləğində qiymətləndirilir.

Kriştiano Ronaldo bu göstəricidə 4-cüdür. 36 yaşlı hücumçunun villası 8 milyon sterlinq dəyərindədir.



Lionel Messi də evinin lüksluğu ilə öndə gedən şəxslər sırasındadır. Onun villasının qiyməti 6 milyon sterlinqdir.

Nikki Put və Con Terri isə 6-cı yeri bölüşdürürlər. Onların villası 5 milyon sterlinq qiymətindədir.



Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı