Bu komanda işsiz xorvatiyalı məşqçiyə tapşırılır?

14 Fevral 2020 11:20 Almaniya 1 010
Bu komanda işsiz xorvatiyalı məşqçiyə tapşırılır?

Son olaraq “Bavariya”nı çalışdıran Niko Kovaç yenidən Bundesliqaya qayıda bilər.

Sportinfo.az xəbər verir ki, bir müddət əvvəl baş məşqçisi Yurgen Klinsmannla yollarını ayıran “Herta” xorvat mütəxəssisə təklif göndərməyə hazırlaşır.

Bu barədə “Kicker” nəşri məlumat yayıb. Xəbərdə, “Herta”nın baş məşqçi postuna əsas hədəfin Kovaç olduğu və yaxın zamanda ilkin danışıqların başlayacağı bildirilir.

Daha əvvəl Bundesliqada “Ayntraxt” (Frankfurt) və “Bavariya”nı çalışdıran Kovaç hazırda işsizdi. “Herta” hazırda Bundesliqada 14-cü sıradadı.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada