"Bavariya"nın heyətində ciddi itki baş verib.
Sportinfo.az xəbər verir ki, Münhen təmsilçisinin yeni transferi Hiroki İto sıradan çıxıb.
Yaponiyalı müdafiəçi Həvəskar Liqa klubu "Düren"lə oyunda ağır zədə alıb.
İtonun ayağı sınıb. 25 yaşlı mərkəz müdafiəçisi uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
"Bavariya" Hiroki İtonu yay transfer pəncərəsi zamanı "Ştutqart"dan 23,5 milyon avroya heyətinə cəlb edib.