Kərimə yoldaş ola bilər - "Beşiktaş"ın hücumçusu

17 Noyabr 2023 01:30 Almaniya 394
Kərimə yoldaş ola bilər -

"Beşiktaş"ın hücumçusu Vensan Abubakar yenidən Səudiyyə Ərəbistanına qayıda bilər.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı futbolçunun xidmətində Kərim Benzemanın formasını geyindiyi "Əl İttihad" maraqlıdır.

"Əl İttihad" Türkiyə klubuna kamerunlu forvardın müqaviləsinə yer alan 6,5 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

"Beşiktaş" Vensan Abubakarı bu ilin yanvar ayında "Əl Nəssr"dən transfer edib.

Təcrübəli hücumçu cari mövsümdə "qara qartallar"ın heyətində meydana çıxdığı 18 rəsmi matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!