Futbolu kimlərdən öyrəndiyini açıqladı – Holand 

28 Yanvar 2022 18:20 Almaniya 948
Futbolu kimlərdən öyrəndiyini açıqladı – Holand 

Dortmund “Borussiya”sının hücumçusu Erlinq Holand oyun keyfiyyətini artırmaq üçün hansı futbolçuları izlədiyi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Holand xeyli oyunlara baxdığını və bir neçə futbolçudan nümunə götürdüyünü deyib.

O, uşaq vaxtı Robin van Persinin oyununa çox diqqət etdiyini bildirib:

“Oyun keyfiyyətini artırmaq üçün bir çox futbolçuları izləyirəm. Məsələn, Ceymi Vardi müdafiəçilərin arxasından sıyrılmaq baxımından dünyanın ən yaxşısıdır.

Futbola çox baxıram. Oyundan bir gün sonra evə gəlib, bütün günü matçları izləyirəm. Uşaq vaxtı isə Van Persini izləyir, ondan öyrənməyə çalışırdım. Solaxay kimi onun oyununu izləmək məntiqli idi”.

Bu mövsüm norveçli hücumçu Almaniya Bundesliqasında 14 matçda iştirak edib, 16 qol vurub, 6 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti