"Ən yaxşı futbolçularımızı komandada saxlamaq üçün hər şey edəcəyik"

22 Sentyabr 2021 10:20 Almaniya 674
"Ən yaxşı futbolçularımızı komandada saxlamaq üçün hər şey edəcəyik"

Dortmund “Borussiya”sının icraçı direktoru Hans-Yoahim Vatske komandanın hücumçusu Erlinq Halandın gələcəyiylə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi norveçli futbolçunu “Borussiya”da saxlamağın çətin olacağını deyib:

“Əlbəttə, Halandı saxlamaq çətin olacaq, ancaq “yüz faiz gedəcək” deyə də düşünmək lazım deyil.

Ən yaxşı futbolçularımızı komandamızda saxlamaq üçün hər şey edəcəyik. Haland gedərsə, onun yerinə yüksək səviyyəli bir futbolçu ala biləcək potensialımız var”.

Haland bu mövsüm 8 oyunda 11 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda