Camal Almaniya yığmasını seçdi: "Qərar verəndə çox fikirləşməli oldum"

24 Fevral 2021 21:40 Almaniya 870
Camal Almaniya yığmasını seçdi: "Qərar verəndə çox fikirləşməli oldum"

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala yığma komanda ilıə bağlı seçimini edib.

Sportinfo.az xəbər verir ki, o, Almaniya yığmasında oynayacaq.

Camalın İngiltərə vətəndaşlığı da vardı. O, seçimini belə izah edib:

“İngiltərə mənim evimdir. Bu ölkənin həyatımda hansı yeri tutduğunu izah etmək üçün söz tapmaq çətindir. Bu ölkə ilə bağlı o qədər xoş xatirələrim var ki…

Yığma komanda məsələsi ilə bağlı qərar verəndə çox fikirləşməli oldum. Hansı addımın gələcək karyeram üçün uğurlu olacağını müəyyənləşdirmək asan deyildi.

Nəticədə hissimin səsinə güvəndim. Hissim deyirdi ki, Almaniya yığmasını seç. Almaniya mənim doğulduğum ölkədir. Amma buna baxmayaraq, qərar vermək çox çətin idi”.

Camal Almaniyada doğulub. Futbolla məşğul olmağa isə ailəsi İngiltərəyə köçəndən sonra başlayıb. Orda “Sautqempton” və “Çelsi”nin akademiyasında təhsil alıb, 2019-ci ildə isə “Bavariya”ya keçib.

Cari mövsümdə 17 yaşlı futbolçu Almaniya çempionatında 16 oyun (ikisi əsas heyətdə) keçirib və 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!