Ölkəmizdə yeni çempion kuboka qovuşdu

22 May 2024 02:50 II Divizion 1 970
Ölkəmizdə yeni çempion kuboka qovuşdu

Azərbaycan II Liqada XXVI turun “Şəfa” – “Baku Sportinq” (0:4) görüşündən sonra keçirilən mükafatlandırma mərasimində turnirin qalibi “Baku Sportinq”ə qızıl medallar və çempionluq kuboku təqdim edilib.

Sportinfo.az xəbər verir ki, bir tur əvvəl çempionluğu təmin etmiş komandaya qızıl medalları Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və prezidentin idman işləri üzrə müşaviri Məlik Həsənov təqdim ediblər.

Ardınca “Baku Sportinq” çempionluq kubokunu başı üzərinə qaldırıb.

“Baku Sportinq” komandası II Liqada 1-ci yeri tutaraq I Liqaya vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş