COP29

Azərbaycanda prezidentliyə namizəd klub rəhbərliyində yer aldı

21 Fevral 13:00 II Divizion 1 334
Azərbaycanda prezidentliyə namizəd klub rəhbərliyində yer aldı

Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa futbol təsərrüfatında təmsil olunmağa başlayıb.

Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində prezidentliyə namizəd olmuş tanınmış ictimai-siyasi xadim «Dinamo»nun rəhbərliyində yer alıb.

Milli Məclisin deputatı II Liqada mübarizə aparan «Dinamo»nun İdarə Heyətinə üzv seçilib. O, klubun İdarə Heyətinin sədri, yaxın dostu Yaşar Seyidovun müvafiq çağırışını müsbət dəyərləndirib.

"Xankəndidəki oyun futbol vasitəsilə siyasi səhnəyə ismarıc idi"

«Dinamo» Daxili İşlər Nazirliyinin balansında fəaliyyət göstərir. Ötən ilin 90-cu illərində yaradılan komanda 2015-ci ildə futbol səhnəsindən çəkilib və yalnız 2023-cü ilin yayında çıxışını bərpa edib.

F.Mustafa ictimaiyyətdə futbol azarkeşi kimi tanınır. Millət vəkilinin «Qarabağ»a və onun baş məşqçisi Qurban Qurbanova simpatiyası hər kəsə bəllidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"