COP29

“Cəbrayıl” son saniyə qolu ilə pley-off-a yüksəldi

20 May 19:40 II Divizion 782
“Cəbrayıl” son saniyə qolu ilə pley-off-a yüksəldi

Bu gün I Liqada 26-cı tura start verilib.

Sportinfo.az xəbər verir ki, mövsümün sonuncu turunun ilk oyunu kifayət qədər məhsuldar keçib.

Axır bir neçə həftədə məğlubiyyətləri sıralayan “Dinamo” Binədə “Şəki”ni darmadağın edibsə, “Kütmük” evdə “Göygöl” üzərində dramatik qələbəyə rəğmən, sonuncu pulləni tutub və Regin Liqasına yuvarlanıb.

“Şahdağ” 5 cavabsız qolla “Ağdaş”a qalib gəlib və çempionatın bürünc medallarına yiyələnib. “Qusar” isə “Lerik”in müqavimətini qıra bilməyib.

Ən çox maraqla gözlənilən qarşılaşmada “Cəbrayıl” pley-off mərhələsinə vəsiqəni özü üçün təmin edib. “Füzuli” hesabı açan tərəf olsa da, Ruslan Vorontsovun dublu Cavid Hüseynovun üzünü güldürüb.

Qış fasiləsində “Karvan”dan gələn hücumçu 90+8-ci dəqiqədə vurduğu qolla Qarabağ duelinin taleyini Cəbrayılın eyniadlı təmsilçisinin xeyrinə çevirib.

İndi onları I Liqaya vəsiqə yolunda “Difai” ilə iki pley-off oyunu gözləyir.

“Qusar” – “Lerik” 3:3

Qollar: Vüqar Əşrəfli, 34, 90+3, Kazbək Qafarov, 60 - Kamran Abdullazadə, 48, Rəvad Quluzadə, 57, Mirabbas Qədirli, 63
Hakimlər: Nicat İsmayıllı, Səfalı Ağayev, Əlibəy Rəhimov, Cəsarət Vahidov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elman Musayev
“Kapital Bank Arena” (ehtiyat meydança), 15:00

“Kürmük Qax” – “Göygöl” 4:3

Qollar: Cavidan Ömərli, 13, Fuad Osmanlı, 16, Revazi Otaraşvili, 61, Vüqar Məmmədli, 66 - Elcan Rəhimov, 21, 42, Ülvi Cəlilov, 24
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Səbuhi Soltanov, Rüfət Əhmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qax OİK stadionu, 16:00

“Dinamo” – “Sheki City” 5:1

Qollar: Əli Məmmədli, 53, Valeh Seyidov, 58, 78, Əkbər Səfərzadə, 65, 82
Qırmızı vərəqə: Şahin Əliyev, 90 - Elnar Şabanov, 32, Sərcan Omarov, 90
Hakimlər: Maqsud Şamıyev, Vüqar Bayramov, Orxan İbişov, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Binə qəsəbə stadionu, 16:00

“Şahdağ Qusar” – “Ağdaş” 5:0

Qollar: Rahid Əmirquliyev, 35, Famil Camalov, 53, 81, Tural Qurbatov, 58, 59
Hakimlər: Fərid Hacıyev, Ruslan Babayev, Elman Kərimov, Rəsul Babayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Şamaxı OİK stadionu, 17:30

“Cəbrayıl” – “Füzuli” 2:1

Qollar: Ruslan Voronsov, 74, 90+8 - Emin Quliyev, 36
Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Zöhrab Abasov, Murad Səlimov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”, 17:30

N Klublar O Q H M T-F X
1 Baku Sportinq 25 19 4 2 65-24 61
2 Cəbrayıl 26 19 1 6 77-37 58
3 Şahdağ Qusar 26 17 6 3 82-22 57
4 Füzuli 26 16 8 2 63-32 56
5 Qusar 26 15 4 7 61-35 49
6 Kür-Araz 25 12 2 11 58-46 38
7 Sheki City 26 10 5 11 44-46 35
8 Göygöl 26 10 2 14 45-57 32
9 Dinamo 26 8 3 15 49-74 27
10 Ağdaş 26 6 6 14 30-51 24
11 Lerik 26 6 5 15 38-60 23
12 Şəmkir 25 6 1 18 32-62 19
13 Şəfa 25 5 3 17 29-78 18
14 Kürmük Qax 26 5 2 19 31-80 17

Bombardirlər:

Tural Qurbatov ("Şahdağ Qusar") - 32 qol
Elvin Nəsibov ("Cəbrayıl", "Füzuli") - 31 qol
Vüqar Əşrəfli ("Göygöl", "Qusar") - 23 qol
Röyal Nəcəfov ("Baku Sportinq") - 21 qol
Cavid İmamverdiyev ("Kür-Araz") - 19 qol

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"