AFFA Divizion klubunun əsəbləri ilə "oynayır" – Yarım ildə 1 maaş

4 Dekabr 2020 21:20 I Divizion 911
AFFA Divizion klubunun əsəbləri ilə "oynayır" – Yarım ildə 1 maaş

AFFA «Zaqatala»nı maliyyə çətinliyi ilə sınağa çəkir.

Bu barədə Sportinfo.az-a komandadan məlumat verilib.

Redaksiyamızla əlaqə saxlayan 2 futbolçu maaşların ödənilməsi ilə bağlı problemlərinin olduğunu bildirib. Onların dediyinə görə, son 6 ayda cəmi 1 dəfə əməkhaqqı alıblar.

Belə ki, federasiya koronavirus pandemyasını əsas gətirərək, ötən mövsümdən qalan məvacib borcunu bağlamır.

Səbəb də o gətirilib ki, I Divizionda mübarizə yarımçıq dayandırılıb. Futbolçular bu vəziyyətdə medallar uğrunda yarışmağın müşkül məsələ olduğunu, bununla belə, Zaqatalanın adına xatir dözdüklərini söyləyiblər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda