"Bura kənardan mütəxəssis də cəlb oluna bilər"

2 Dekabr 2020 21:00 I Divizion 706
"Bura kənardan mütəxəssis də cəlb oluna bilər"

«Bura rəhbərlik edəcək koordinatoru hələ müəyyənləşdirməmişik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un icraçı direktoru Nadir Nəbiyev deyib.

I Divizion klubunun rəhbəri bildirib ki, ilyarım öncə tikintisinə başlanan akademiya demək olar hazır vəziyyətə gətirilib. Bir-iki xırda kosmetik iş qalıb, onlar da tamamlanandan sonra bura tam şəkildə istifadəyə veriləcək.

Mərkəzin idarəçiliyinin kimə tapşırılmasına gəlincə, N.Nəbiyev qeyd edib ki, bu yöndə AFFA ilə məsləhətləşmələr bitməyib:

«Çempionatın ortasıdır, ola bilər, federasiyada bu barədə düşünürlər. Hələ vaxt var. Mövsümün əvvəli olsaydı, mütləq bilinərdi ki, koordinator lazımdır.

Amma onu da deyim ki, bunun üzərində iş gedir. Hazırda koordinator axtarışındayıq. Bura kənardan mütəxəssis də cəlb oluna bilər.

Bütün variantları birlikdə götür-qoy edirik. Mən özüm də demişəm ki, kateqoriyası olmayanlar akademiyada çalışmasın».

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı