"Mənə elə gəlir, "Qəbələ"yə "diş"imizi göstərə biləcəyik"

25 Noyabr 2020 13:00 I Divizion 782
"Mənə elə gəlir, "Qəbələ"yə "diş"imizi göstərə biləcəyik"

"Bildiyiniz kimi ötən mövsüm "Turan Tovuz" Azərbaycan Kubokunda iştirak etmədi.

İndi şükürlər olsun ki, bu il ölkə kubokunda iştirak edəcəyik. Komanda üzvüləri də burada iştirak edəcəkləri üçün şaddılar".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Turan Tovuz"un baş məşqçisi İlham Yadullayev deyib.

Gənc mütəxəssis püşkdə komandasına rəqib olan "Qəbələ" haqqında isə bunları deyib:

"Qəbələ" pis komanda deyil. Baxmayaraq ki, Premyer Liqada sonuncu yerdə gedirlər, amma bütün oyunları yaxşı səviyyədə keçiribdir. Məncə, hardasa bəxtləri gətirmir".

Yadullayev mərhələni keçmək şanslarının olduğunu düşünür: "Mənə elə gəlir ki, "Qəbələ"yə qarşı "diş" göstərə biləcəyik.

Uşaqlar da bu oyunu gözləyirdilər. Çünki həvəsliydilər ki, Premyer Liqa komandasına qarşı oynasınlar. İndi iki qat motivasiya ilə oyuna çıxacaqlar".

Bölgə klubunun baş məşqçisi 1/4 final mərhələsində "Qarabağ"la qarşılaşmaq perepektivləri haqda isə bunları dedi: "Əsas "Qəbələ" ilə birinci oyundu.

Qismət olsa, mərhələni keçsək, "Qarabağ"la oynamaq çox sevindirici hal olar. Mənə elə gəlir ki, istənilən Azərbaycan klubu "Qarabağ"la oynamaqdan şad olar.

"Qarabağ" Çempionlar Liqasında, davamlı olaraq Avropà Liqasında oynamış, son 7 ili ölkə çempionu olan komandadır. Onlara qarşı uşaqlar daha istəkli olar, meydanda hər şeylərini qoyarlar".

Digər Xəbərlər
Xəbər Lenti