Ermənilərin dağıtdığı klub bazası yenidən təmir olundu - FOTOLAR

18 Noyabr 2020 14:00 I Divizion 1 059
Ermənilərin dağıtdığı klub bazası yenidən təmir olundu - FOTOLAR

Erməni terroru nəticəsində Gəncəyə atılan raketlərin təsirindən zərər görən şəhər stadionunda dəyən ziyanın aradan qaldırılmasına başlanılıb.

Sportinfo.az xəbər verir ki, hadisə zamanı "Kəpəz"in ev oyunlarını keçirdiyi arenanın inzibati binasında qapı və pəncərələrin çərçivələri yerindən çıxıb və şüşələr qırılmışdı.

Klubun daxili imkanları hesabına qapı və pəncərələr təmir olunub, qırılmış şüşələr yenisi ilə əvəzlənib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?