"TURAN"dan: "Bunun üçün xeyli vaxt gözləməyə dəyməz"

19 Noyabr 2020 19:00 I Divizion 644
"TURAN"dan: "Bunun üçün xeyli vaxt gözləməyə dəyməz"

«Akademiyada, demək olar ki, bütün işlər bitib».

«Turan Tovuz»un icraçı direktoru Nadir Nəbiyev Sportinfo.az-a açıqlamasında klubda görülən işlərlə bağlı məlumat verib.

Onun sözlərinə görə, 1 ildən artıqdır Tovuz şəhər stadionunda və bazasında aparılan yenidənqurma başa çatmaq üzrədir.

AFFA-nın maliyyə və texniki dəstəyi ilə görülən çalışmalar «Turan»ın nəzdində fəaliyyət göstərəcək akademiya layihəsinin uğurlu alınmasına ümid yaradır:

«Hazırda orada gedən yeganə iş süni meydançalardadır. O da bitmək üzrədir. Stadionun ərazisinə asfalt örtüyü çəkilir. Demək olar 3-5 günə bu da bitəcək.

İşığından, qazından belə hər şey hazırdır. Meydançalar, yataqxanalar da o cümlədən. Açılışa gəlincə, yəqin ki, bunun üçün xeyli vaxt gözləməyə dəyməz».

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı