“Kəpəz”in baş məşqçisi: "Bizi heç nə qorxuda bilməz"

28 Oktyabr 2020 14:36 I Divizion 507
“Kəpəz”in baş məşqçisi: "Bizi heç nə qorxuda bilməz"

“Kəpəz” bu gün cari mövsümdə Gəncədə ilk ev oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, “Zaqatala”ya qarşı görüş “sarı-göylər”in çempionatda evdə debüt matçı olacaq.

Bundan əvvəl Gəncə klubu “Sabah-2” ilə öz meydanında qarşılaşmalı olsa da, ot örtüyünün vəziyyətinə görə meydan sahibi dəyişdirildiyindən matç Bakıda oynanılmışdı.

Klubun Mətbuat xidmətinə açıqlama verən “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb: “Birinci ev görüşümüzdür, yaxşı hazırlaşmışıq.

Komandada motivasiya yerindədir, uşaqların əhval-ruhiyyəsi yaxşıdır. Əvvəl də demişdik ki, bizi heç nə qorxuda bilməz. Şanlı ordumuzun qələbələri komandaya ruh yüksəkliyi verib.

Hər gün məşqdən əvvəl və ya sonra cəhbədə baş verənlər haqda danışırıq, əsgərlərimizin zəfər yürüşünü fəxrlə qeyd edirik. Yeni-yeni xəbərləri bir-birimizlə bölüşürük”.

Məlum koronavirus pandemiyasına görə stadionlara azarkeş buraxılmır. Odur ki, “Kəpəz” – “Zaqatala” görüşü də tamaşaçılarsız keçiriləcək: “Gəncədə futbolu sevirlər, azarkeşlər oyunlarımıza gəlmək istəyirlər.

Amma qayda-qanun var və hamının üzərinə düşən buna əməl etməkdir. Görürsüz ki, son günlər yoluxmanın sayı artır. Cəbhədə əsgərlərimiz var, biz onları düşünməliyik, daha məsuliyyətli olmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti