“Kəpəz”in kollektivi Gəncədə raket atılmış ərazidə - FOTO

20 Oktyabr 2020 16:14 I Divizion 779
“Kəpəz”in kollektivi Gəncədə raket atılmış ərazidə - FOTO

“Kəpəz” PFK-nın üzvləri və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəsmiləri oktyabrın 11-də gecə saatlarında ermənilərin raket atəşinə tutması nəticəsində partlayışın baş verdiyi ərazidə olublar.

Sportinfo.az xəbər verir ki, terror aktı zamanı həyatını itirənlərin xatirəsi yad olunub, məkana tər qərənfillər qoyulub.

Daha sonra klubun üzvləri hadisə nəticəsində ziyan çəkmiş vətəndaşlarla görüşüblər. Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı həyata keçirdiyi terror aktı kəskin pislənilib, baş verənlərin xalqımız tərəfindən heç vaxt unudulmayacağı, düşmənin layiqli cavab alacağı vurğulanıb.

Partlayışdan zərər görən sakinlər arasında vaxtilə “Kəpəz”in şərəfini qorumuş veteran futbolçular Emin Mustafayev, Sahil Abdullayev və Samir Allahverdiyev də var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti