"İkinci dövrədə "Difai" adına layiq bir komanda quracağıq" - Yeni baş məşqçi

1 Yanvar 2024 14:00 I Divizion 1 610
"İkinci dövrədə "Difai" adına layiq bir komanda quracağıq" - Yeni baş məşqçi

I Liqada yerini qorumaq istəyən «Difai» radikal islahatlara start verib.

İlk mövsümünü keçirdiyi çempionatın geridə qalan hissəsində 4 xal toplayan və turnir cədvəlinin 9-cu pilləsində yer alan «fədailər» 11 futbolçuya qapını göstərib.

Yeni ilə irimiqyaslı «təmizləmə» ilə qədəm basan Ağsu klubu Elçin Əliyev, Fürdovsi Kazımov, Ruslan Hüseynov, Uğur İbrahimov, Bayram Paşazadə, Mehdi Əliyev, Fuad Məmmədzadə, Hacı Rüstəmov, Amil Cabbarlı, Tural Əmirhüseynov və Bəhlul Əliyev ilə vidalaşıb.

Onlarla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bugünlərdə Qarabağ qazilərinin komandasının baş məşqçi postuna təsdiqlənən Elgiz Kərəmli Sportinfo.az-a açıqlamasında proses barədə bunları deyib:

«Turnir cədvəlindən də göründüyü kimi, mövsümün ilk yarısını heç də yaxşı keçirməmişik. Bunu bəzi mövqelərdə oyunçu çatışmazlığı və təcrübəsizliklə dəyərləndirərdim.

Sifariş ərizəsində 1 hücumçu və 1 sol müdafiəçimiz var, lakin onlar dördüncü turdan etibarən, zədəli olduqları üçün komandaya kömək edə bilməyiblər.

Belə olduğu təqdirdə, digər həftələrdə həmin mövqelərdə məcburiyyətdən digər mövqe oyunçularını sınamışıq. Hətta 5-6 tur iki cinah müdafiəçisini mərkəz müdafiəçisi mövqeyində oynatmışıq.

Noyabrın axırında yeni transferlər edəndən sonrakı 3-4 qarşılaşmada müəyyən qədər irəliləyiş əldə etdik. Qalib gəldiyimiz oyunla yanaşı, bəzi oyunlarda son dəqiqə qolu ilə məğlub olduq.

Sevindirici məqam odur ki, artıq rəqiblər bizə hörmət etməyə başlayıblar. İnanırıq ki, ikinci dövrədə "Difai" adına layiq bir komanda quracağıq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti