I Divizion klubunun işini gör, AFFA-dan pulunu al!

29 Sentyabr 2020 10:38 I Divizion 656
I Divizion klubunun işini gör, AFFA-dan pulunu al!

AFFA Tovuz rayonunda yerləşən və “Turan Tovuz Peşəkar Futbol Klubu” ictimai birliyinin nəzdində fəaliyyət göstərən Futbol Akademiyası və stadionun ərazisində asfalt işlərinin görülməsi üzrə tender elan edib.

Sportinfo.az xəbər verir ki, federasiya rəsmi saytı vasitəsilə şirkətləri bununla bağlı məlumatlandırıb.

“Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi qalib olduğu halda tələb edilən işlərin vaxtında təhvil veriləcəyinə dair zəmanət məktubunu 14.10.2020-ci il, saat 17:00-a qədər bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 2208-ci məhəllə, Nobel prospekti, 57F) göndərə bilər.

İşin təhvil verilməsi üçün son tarixi 5 noyabr göstərilib. İş təhvil verildikdən sonra 90 gün ərzində ödəmə həyata keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti