"Bizə fərqi yoxdur, AFFA həmin adamı Bakıdan göndərəcək, yoxsa xaricdən"

25 Sentyabr 2020 14:08 I Divizion 998
"Bizə fərqi yoxdur, AFFA həmin adamı Bakıdan göndərəcək, yoxsa xaricdən"

«Biz tərəfdarıyıq ki, burada səviyyəli və peşəkar mütəxəssislər işləsin».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un icraçı direktoru Nadir Nəbiyev deyib.

AFFA-nın maliyyə dəstəyi ilə tikilən futbol akademiyası gələn ay açılışını elan edəcək. Bir ildən artıq davam edən bazada hazırda son tamamlama işləri görülür.

I Divizion təmsilçisi region üçün böyük hdisə sayılan bu proyektin uğurlu alınmasını istəyir: «AFFA-nın rəhbər şəxsləri ilə bu barədə söhbətimiz olub.

Onlara da demişik ki, akademiyanın rəhbərliyinə kimi istəyirsiz, təyin edin. Çünki bilirik ki, AFFA Tovuzda futbolun inkişafını çox arzulayır.

Bizim üçün fərqi yoxdur, AFFA-nın göndərəcəyi koordinator Bakıdan olacaq, yoxsa xaricdən. Hər halda işini yüksək səviyyədə görən birmütəxəssis bura gələcəyinə əminəm.

Ona tərəfdarıq ki, lisenziyası olmayan məşqçi klubda çalışmasın. Tovuzda neçə məşqçinin özünə də demişik ki, oxuyun, kateqoriya alın, biz də sizə şərait yaradaq.

Tovuza bir dəfə gəlsəz, görərsiz ki, akademiya necə göz oxşayır. Belə gözəl bazada gərək gözəl iş getsin. Tovuz futbol rayonudur, buradan həmişə istedadlı uşaqlar çıxıb.

Belə deyim, potensial hədsiz dərəcədə böyükdür. Bu uşaqların daha da inkişafı planlı iş görməkdən asılıdır. Təsadüfi adamları, kateqoriyası olmayan məşqçiləri klubumuzda görmək istəmirik».

Digər Xəbərlər
Xəbər Lenti