"PFL hələ ki, bununla bağlı yekun qərarını verməyib”

24 Sentyabr 2020 19:45 I Divizion 786
"PFL hələ ki, bununla bağlı yekun qərarını verməyib”

“Turan Tovuz” komandası I divizionun ilk turlarında ev oyunlarını öz meydanında keçirə bilməyəcək.

Sportinfo.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman şöbəsinin müdiri Elgiz Abbasov yarışın püşkatma mərasimi zamanı çıxışında bildirib.

Onun sözlərinə görə, Tovuz şəhər stadionunda təmir və tikinti işləri davam etdiyindən, klub rəhbərliyi PFL-ə bununla bağlı müraciət ünvanlayıb:

“Koronavirus pandemiyası səbəbindən Tovuzdakı stadionun tikinti işlərində müəyyən yubanma var. Klub rəhbərliyi müraciət etdi ki, ilk turlarda Tovuza təyin olunan ev oyunları səfər matçları ilə əvəzlənsin. PFL hələ ki, bununla bağlı yekun qərarını verməyib”.

Oktyabrın 1-2-də keçiriləcək ilk turda “Turan Tovuz” “Zaqatala”nı qəbul etməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı