"Səbail"ə 200 min manat lazım oldu, onu da ala bilmədi

22 Sentyabr 2020 14:08 I Divizion 855
"Səbail"ə 200 min manat lazım oldu, onu da ala bilmədi

I Divizionda 2020/2021 mövsümünün start tarixi dünən müəyyənləşdi.

Yarış 1 oktyabrda başlayacaq.

3 dövrə keçiriləcək turnirdə iştirak edəcək komandalar aşağıdakılardır: “Turan Tovuz”, “Zaqatala”, “Sabah-2”, “Neftçi-2”, “Kəpəz”, “Keşlə-2”, “Sumqayıt-2”, “Qarabağ-2”, MOİK, “Qaradağ Lökbatan”.

Ötən mövsüm I Divizion 13 komanda ilə başlasa da, sonradan "Ağsu" mübarizədən çəkilib. Premyer Liqa klublarından 3-ü I Divizionda əvəzedicilərlə təmsil olunmaqdan imtina edib.

Bunlar "Qəbələ", "Zirə" və "Səbail"dir. Paytaxt kollektivləri ilə müqayisədə, əyalət nümayəndəsi ardıcıl ikinci mövsüm aşağı liqada mübarizəyə qatılmayacaq.

AFFA imtina edənlərdən "Səbail"i geri qaytarmağa çoxsaylı cəhdlər göstərsə də, tərəflər son anda razılığa gələ bilməyib. Belə ki, Bayıl klubu büdcə azlığını əsas gətirib və federasiyadan əlavə maliyyə dəstəyi istəyib.

Prezident səlahiyyətlərini yerinə yetirən Tamerlan Abdullayev qurumun nəzərinə çatdırıb ki, onlara ayrılan vəsait heç əsas komandanın xərclərini ödəmir və "dubl"un təminatı onların imkanı xaricindədir. Amma AFFA avqustda ayırdığı 200 min manatlıq yardım paketini iki dəfə artırmaqdan imtina edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti