"Əlimizdə olan bütün imkanlardan istifadə edirik ki…"

22 Sentyabr 2020 10:38 I Divizion 676
"Əlimizdə olan bütün imkanlardan istifadə edirik ki…"

“Əlimizdə olan bütün imkanlardan istifadə edirik ki, uzun fasilədən sonra komanda tam gücü ilə çempionata hazırlaşa bilsin“.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Kəpəz"in icarıçı direktoru İlqar Nadiri deyib.

Gəncə təmsilçisinin rəhbər şəxsi ümidləri doğrultması üçün komandaya uyğun şəraitin yaradıldığını bildirib: “Təlim-məşq toplanışı dövründə futbolçular qidalanma ilə təmin edilib, müəyyən tibbi qayğılarla əhatə olunub”.

Komandalar bu ayın əvvəlində təlim-məşq toplanışına başlasa da, çempionatın startı ilə bağlı dəqiq informasiya yox idi. Aşağı dəstədə mübarizənin gələn ay başlayacağı güman olunurdu ki, son nəticədə belə də olub.

Peşəkar Futbol Liqasının açıqladığı məlumatda çempionatın start tarixi oktyabrın 1-i göstərilib: “Bildiyiniz kimi, məlum pandemiya ilə bağlı çempionatın startı gecikdi.

Bununla belə, çox şükür ki, bu ayın ilk günlərindən məşqlərin başlamasına icazə verildi. “Kəpəz”in üzvləri sentyabrın əvvəlində lazımı tibbi prosedurlardan keçib məşqlərə çıxdılar. Qalırdı çempionatın startını gözləmək. Dəqiq tarix də artıq müəyyənləşib. Bu, hamı üçün sevindirici oldu”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı