"Kəpəz" gəncəli futbolçuları geri qaytarmağa başladı – Premyer Liqa üçün

21 Sentyabr 2020 18:48 I Divizion 1 235
"Kəpəz" gəncəli futbolçuları geri qaytarmağa başladı – Premyer Liqa üçün

“Kəpəz” elitanı tərk etdikdən sonra ardıcıl 3-cü mövsüm I Divizionda mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, qarşıdakı çempionatda komandadan uğurlu çıxış, bunun da nəticəsi olaraq medalçılar arasında yer almaq gözlənilir.

Bu barədə "Kəpəz"in icarıçı direktoru İlqar Nadiri klubun mətbuat xidmətinə açıqlama verib: “Biz inanırıq ki, komanda bu mövsüm mükafata layiq yerlərdən birini tutacaq. Bunun üçün klub rəhbərliyi, məşqçilər tərəfindən bütün addımlar atılır, müvafiq işlər görülür. Çempionatda uğurlu çıxışa köklənmişik”.

“Kəpəz”in bir hədəfi çempionatı yuxarı pillələrdə başa vurmaqdırsa, digər məqsədi Gəncədən kənarda çıxış edən futbolçuları doğma klubuna qaytarmaqdır:

“Baş məşqçinin də istəyi ilə başqa klublarda oynayan Gəncə futbol məktəbinin yetirmələrini komandaya qaytarmağa başlamışıq. Seçimdə əsasən gənc futbolçulara üstünlük veririk.

Axtarışlarımız davam edir. Seleksiya işləri aparılır, kollektivə yeni oyunçular cəlb olunur və məşqlərdə sınanır. Gələcək üçün perspektivli uşaqlar komandaya çox lazımdı.

Bu futbolçular komandamız elitaya vəsiqə qazanana kimi püxtələşə və növbəti mövsümlərdə “Kəpəz”ə daha çox kömək edə bilərlər”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı