I Divizion Region Liqası klublarının "üzünə bağlandı"

21 Sentyabr 2020 11:48 I Divizion 919
I Divizion Region Liqası klublarının "üzünə bağlandı"

I Divizionda 2020/2021 mövsümünün start tarixi müəyyənləşib.

Yarış 1 oktyabrda başlayacaq. 3 dövrə keçiriləcək turnirdə iştirak edəcək komandalar aşağıdakılardır:

“Turan Tovuz”
“Zaqatala”
“Sabah-2”
“Neftçi-2”
“Kəpəz”
“Keşlə-2”
“Sumqayıt-2”
“Qarabağ-2”
MOİK
“Qaradağ Lökbatan”

Yarışın püşkatma mərasimi 24 oktyabr saat 15:00-da AFFA-nın inzibati binasında keçiriləcək və Peşəkar Futbol Liqasının rəsmi Yutub kanalı ilə canlı yayımlanacaq.

Azərbaycan respublikasında davam edən karantin rejimi ilə əlaqədar olaraq klub və KİV nümayəndələri püşkatmada iştirak etməyəcək.

Siyahıdan görnndüyü kimi, ötən mövsümün iştirakçılarından «Zirə» və «Səbail» budəfəki yarışa qatılmayıb. Beləliklə, I Diviziondan imtina edən Premyer Liqa təmsilçilərinin sayı 3-ə çatıb.

Daha əvvəl «Qəbələ» də yarışda qüvvəsini sınamağı özünə rəva görməyib. Əyalət komandası və «Səbail» maliyyə çatışmazlığı üzündən kənara çəkilibsə, «Zirə» oyun «alver»indən ehtiyat edərək, «dubl»un fəaliyyətini dayandırıb.

Region Liqası komandalarından heç birinin bu çempionata buraxılmaması təəssüf doğurur. Çünki Qusar «Şahdağ»ı, Sumqayıt «Uğur»u, Lənkəran «Alyans»ı və «Şamaxı» I Divizionda qüvvəsini sınamağa ümid bəsləyirdi. Görünür, yenə pandemiya bütün planları dəyişib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti