Bölgə klubu baş məşqçisini saxladı – Birillik müqavilə

10 Sentyabr 2020 16:28 I Divizion 1 160
Bölgə klubu baş məşqçisini saxladı – Birillik müqavilə

«Turan Tovuz» baş məşqçisi ilə yeni müqavilə imzalayacaq.

Bu barədə Sportinfo.az-a klubun icraçı direktoru Nadir Nəbiyev məlumat verib.

Onun sözlərinə görə, İlham Yədullayev daha 1 il komandanın sükanı arxasında dayanacaq. Ötən mövsümün ortasında Azər Bağırovdan boşalan vəzifəyə əyləşən gənc mütəxəssis kollektivə I Divizionun çempionu titulunu qazandırıb.

Bugünlərdə 10-dan artıq futbolçusu ilə vidalaşan qərb təmsilçisi Yədullayevin qarşısına bu dəfə də iddialı komanda yaratmaq məqsədi qoyub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?