"Kəpəz"in futbolçuları koronavirus testindən keçdi

7 Sentyabr 2020 17:38 I Divizion 1 085
"Kəpəz"in futbolçuları koronavirus testindən keçdi

“Kəpəz” I Divizionda yeni mövsümün hazırlıqlarına start verib.

Sportifo.az xəbər verir ki, koronavirus testindən keçən futbolçular Gəncə şəhər stadionunun süni örtüklü meydançasında məşq edirlər.

Gündəlik olaraq tibbi personal tərəfindən hazırlıq prosesindən öncə futbolçuların temperaturu yoxlanılır, lazımı gigiyena və dezinfeksiya qaydalarına əməl edilir.

Məşqlərin ilk mərhələsi əsasən, bərpaedici və seleksiya xarakteri daşıyır. Heyətdə baxışda olan futbolçular var.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?