"Onun ümidlərini boşa çıxartmadıq"

2 Sentyabr 2020 21:40 I Divizion 1 187
"Onun ümidlərini boşa çıxartmadıq"

Avropa Liqasının I təsnifat mərhələsində "Keşlə" "Laçi"yə penalti seriyasında məğlub edib.

Albaniya təmsilçisinin hücumçusu Kirian Nvabueze danışıb.

Sportinfo.az xəbər verir ki, nigeriyalı forvard qələbəni şərh edib:

Komanda olaraq möhtəşəm mübarizə apardıq. Qapıçımıza xüsusi təşəkkür edirəm, inamlı mübarizə apardı. Onun sayəsində turu keçdik. “Keşlə” hücumları ilə iradəmizi qırmağa çalışırdı. Lakin biz də əks-həmlərlə rəqibi çaş-baş saldıq. Azlıqda qalmağımız hücumlarımızın sayının azalmasına səbəb olsa da, 120 dəqiqə qapımızda qol görmədik. Təkli oyunlarda istənilən nəticə qeydə alına bilər. Buna hazır idik. Özümüzü əlavə vaxta və penalti seriyasına hazırlamışdıq. Məşqçimiz turu keçə biləcəyimizə inanırdı. Onun ümidlərini boşa çıxartmadıq. Buna görə bütün komanda yoldaşlarıma təşəkkürü bildirirəm. Azlıqda oynayaraq 120 dəqiqə qapımızda qol buraxmamaq şans deyil. Fiziki və psixoloji cəhətdən yaxşı hazırlaşmışdıq. Penalti seriyası daxili gücün göstəricisidi. Özünə inanan komandanın futbolçuları daha dəqiq oynayır. Özümüzə inandıq və qələbə qazandıq. 5 penaltinin hamısını dəqiq yerinə yetirmək şans yox, psixoloji cəhətdən hazır olmaq deməkdi".

Digər Xəbərlər
Xəbər Lenti