AFFA "Turan Tovuz" ilə bağlı tender elan etdi - FOTO

27 Avqust 2020 12:02 I Divizion 938
AFFA "Turan Tovuz" ilə bağlı tender elan etdi - FOTO

AFFA “Turan-Tovuz”un nəzdində inşa olunan Futbol Akademiyası üçün süni örtüklü meydançaların salınması ilə bağlı tender elan edib.

Sportinfo.az xəbər verir ki, tenderə qatılmaq istəyənlər AFFA-nın təqdim etdiyi 24-25 mm-lik süni ot örtüyünü salmalı və digər işlər görməlidirlər.

Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" müvafiq qaydada doldurularaq sentyabrın 11-dək AFFA-ya göndərilməlidir. Əks halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti