Divizionda mövsüm sentyabrın 20-dən sonra başlayacaq

22 Avqust 2020 20:40 I Divizion 1 237
Divizionda mövsüm sentyabrın 20-dən sonra başlayacaq

Sportinfo.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 10-dan ölkə ərazisində açıq havada idman tədbirlərinin keçirilməsinə icazə verilib.

Bu qərardan sonra elita təmsilçiləri toplanış üçün daha Qəbələyə yollanmağa ehtiyac görmədi və hazırlığı Bakıda davam etdirməyi lazım bildi.

İndi məntiqlə birinci divizionda çıxış edənlər də hazırlığa başlaya bilərlər. Çünki qərar bütün ölkəni əhatə edir. Məlumat üçün bildirək ki, PFL aşağı dəstədə yeni mövsümə sentyabrın 20-də start verməyi düşünür.

Məsələ ilə bağlı PFL-in Texniki İdman Departamentinin rəhbəri Elgiz Abbasovla danışmağı lazım bildik. Elgiz bəy çempionatın startı ilə bağlı söylənilənləri qismən də olsa, təsdiqlədi:

“Bəli, aşağı dəstədə yeni mövsümə sentyabrın 20-dən sonra start verməyi düşünürük. Amma dəqiq tarix demək üçün hələ tezdi.

Bununla bağlı əlavə məlumat veriləcək. İştirakçıların sayı ilə bağlı danışarkən deməliyəm ki, artıq klublara sorğu göndərilib. Cavab məktubları gəlməkdədi. Yəqin ki, çox qısa zamanda ümumi sayla bağlı danışa biləcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"