AFFA Region Liqa komandalarını I Diviziona gətirir?

19 Avqust 2020 22:40 I Divizion 1 525
AFFA Region Liqa komandalarını I Diviziona gətirir?

AFFA və PFL növbəti mövsüm I Divizionda mübarizə aparacaq komandaların sayını düzəltmək istəyir.

Sportinfo.az-ın məlumatına görə, bu məqsədlə iki qurum arasında məsləhətləşmələr başlayıb.

Buna səbəb artıq 3 Premyer Liqa təmsilçisinin əvəzedici heyətini aşağı dəstədə oynatmaq istəməməsidir. «Qəbələ»dən sonra «Zirə» bu qərarını qətiləşdirib, indi isə «Səbail» yarışdan geri çəkilmək niyyətindədir.

«Zirə» I Divizionu ağuşuna alan danışılmış oyunlara görə ehtiyatlı mövqe tutubsa, digərləri maliyyə çatızmazlığı üzündən. AFFA yaranan boşluğu doldurmağın müxtəlif yollarnı müzakirə edir.

Gündəmdə olan məsələ Region Liqasının bəzi iştirakçılarının I Diviziona dəvət olunmasııdır. Yarımhəvəskar turnirin ilk 2 sezonun qalibi «Uğur», həmçinin 2 bölgə komandasının turnirə buraxılması ehtimalı gözdən keçirilir.

Seçim siyahısı o qədər də uzun deyil: Qusar «Şahdağ»ı, Lənkəran «Alyans»ı, «Ağsu Siti» və «Şamaxı». AFFA-nını favoritləri «Şamaxı» və «Şahdağ»dır.

Digər Xəbərlər
Xəbər Lenti