AFFA I Divizion komandalarınıa bu xəbəri verdi

13 Avqust 2020 09:28 I Divizion 1 839
AFFA I Divizion komandalarınıa bu xəbəri verdi

I Divizion komandaları avqustun 17-dən etibarən məşqlərə başlaya biləcək.

Sportinfo.az-ın məlumatına görə, artıq AFFA-dan onlara şifahi bildiriş gəlib.

Federasiya aşağı dəstə təmsilçilərinin diqqətinə çatdırıb ki, hazırda bununla bağlı bəzi təşkilati məsələlər həll olunur və gələn həftədən etibarən onların toplanışa start vermələrinə problem qalmayacaq.

Sözsüz, ayın 10-dan paytaxtda çalışmaları bərpa edən Premyer Liqa klubları kimi, I Divizion mənsublarına da karantin qaydalarına ciddi şəkildə əməl etmək tapşırığı gəlib.

Digər Xəbərlər
Xəbər Lenti