"Kəpəz"də 1 illik razılaşma

12 Avqust 2020 22:20 I Divizion 1 067
"Kəpəz"də 1 illik razılaşma

Premyer Liqadan sonra I Divizionda da mübarizənin başlaması gündəmdədir.

Sportinfo.az xəbər verir ki, bunun üçün ilk növbədə komandalar məşqlərə start verməlidirlər.

"Kəpəz” artıq bu istiqamətdə addımlar atmağa başlayıb.

Gəncə klubunun rəhbərliyi və əsas komandanın məşqçilər korpusu klubun ev oyunlarını keçirdiyi şəhər stadionunda bir araya gəlib. Əvvəlcə baş məşqçi Yaşar Vahabzadə və köməkçiləri ilə bir müddət öncə əldə olunan 1 illik razılaşma rəsmiləşdirilib.

Ötən çempionatda da komandanı məhz Vahabzadə çalışdırıb. Yeni mövsümlə bağlı görüşdə gələcək planlar müzakirə olunub. Transfer çalışmaları, təlim-məşq toplanışının təşkili yönündə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!