İŞ İSTƏDİ: "Nə edim ki, mənə də şans verilsin?"

9 Avqust 2020 11:20 I Divizion 1 337
İŞ İSTƏDİ: "Nə edim ki, mənə də şans verilsin?"

«Ağsu»nun sabiq baş məşqçisi Rüfət Quliyev iş üçün müraciət edib.

Sportinfo.az xəbər verir ki, 6 il çalışdığı I Divizion klubundan ötən mövsümün əvvəlində ayrılan mütəxəssis bununla bağlı sosial şəbəkədə status paylaşıb:

«Əziz dostlar. Ümidvaram ki, məni düzgün anlayıb, bir məsləhət görəsiz. Nə edim ki, Azərbaycan futbolunda azərkeşləri sevindirməyə və futbolumuz üçün uğur qazanmağa mənə də şans verilsin?

Anlayışınııza görə minnətdaram. Futbol aləmi bilir ki, hazırda işsizəm, Bir neçə klubun nümayəndəsinə və Azərbaycan futbolunda tanınan insanlara müraciət etmişəm, amma...».

Digər Xəbərlər
Xəbər Lenti