"Kəpəz" gələcəkdə Premyer Liqaya çıxsa, istəyirəm ki..."

24 İyul 2020 18:34 I Divizion 1 138
"Kəpəz" gələcəkdə Premyer Liqaya çıxsa, istəyirəm ki..."

"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə qarşıdakı planlardan danışıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis sport7.az-a açıqlamasında bunları söyləyib:

"Gözləyirik, əlaqə saxlayırıq, Birinci Divizionu sentyabrda başlatmağı planlaşdırırlar. Hər halda fikrimcə, avqustun 5-dən yumşalma olar. Futbol oynamağa icazə verərlər. Xəstələnənlərlə sağalanların arasında fərq var,

Allah şükür, hər şey yaxşıya doğru gedir. İcazə verilən kimi məşqlərə başlayacağıq. Uşaqlarla danışıram. 3 saat vaxt verilir. Parklarda qaçırlar, idmanla məşğul olurlar. Gözləyirik,

Yaşar bəy komandada dəyişiklik olub-olmayacağı ilə bağlı bunları dedi: "Elə də çox dəyişiklik olmayacaq. Çünki futbolçuların əksəriyyətini ikinci dövrədə götürmüşdüm. Gənc futbolçularımız var. Düzdü, müqavilələri bitir. Amma kimlər bizə lazımdısa danışıq aparırıq.

Bildirirk ki, başlayanda komandada olacaqlar, müqavilə bağlayacaqlar. Heç kimdən asılı olmayaraq pandemiya yarandı. Məncə problem olmayacaq. Uşqalar da bunu başa düşürlər.

Başqa futbolçular da var, hansı ki, onları komandaya cəlb etmək istəyirik. Görək işlər nə dərəcədə alınacaq. Hər halda elə-belə oturmamışıq, nəyləsə məşğul oluruq".

Mütəxəssis "Kəpəz"in aşağı yaş qrupundan ibarət komandasının da fəaliyyətini davam etdirəcəyini bildirdi: "U-17 komandamız var. Birinci Diviziondakı klublar arasında yalnız biz yaratmışıq. Əlbəttə, fəaliyyətini davam etdirəcək.

O uşqlardan bir neçəsini ikinci dövrədə əsas komandaya dəvət edirdik, məşqlərdə mütəmadi olaraq bizimlə çalışırdılar. Amma oyunlarını U-17 liqasında keçirirdilər. Təlim-məşq toplanışlarında yenə dəvət edəcəyik məşqlərə. Kim özünü yaxşı tərəfdən göstərsə əsas komandaya götürəcəyik".

Maraqlıdı yeni mövsüm üçün qarşıya hansı hədəflər qoyulacaq?: "Heyətdə təcrübəli futbolçular var. Gənclərdən dəvət etmək istəyirik. Gələcəkdə Premyer Liqaya çıxsaq, istəyirəm ki, heç olmasa komandanın yarısı yerli gənclərdən təşkil edilsin. Bu istiqamətdə çalışmalarımızı davam etdirəcəyik".

Məşqçi "Kəpəz"in stadionu ilə bağlı bunları danışdı: "Nə vaxt təmir edəcəkləri barədə dəqiq söz deyə bilmərəm. Meydança normal vəziyyətdə idi. İkinci meydança, paltardəyişmə otaqları düzəldi.

Qazona baxılır, başlı-başına buraxsalar sonra yığıb-yığışdırmaq mümkün olmaz. Düzdü mən getmirəm, amma orada olan insanlar şəkillər çəkib göndərirlər. Meydançanın ot örtüyü yaxşı vəziyyətdədi".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"