Debütantdan ikinci transfer – 5 aylıq icarəyə götürüldü

4 Yanvar 2024 11:55 I Divizion 1 736
Debütantdan ikinci transfer – 5 aylıq icarəyə götürüldü

«Difai» heyətini gücləndirməkdə davam edir.

«İrəvan»dan ayrılan qapıçı Əlirza Müştəbazadə ilə müqavilə imzalayan «fədailər» daha bir transfer çalışmasını bitirib.

Qarabağ qazilərinin təmsilçisi bu dəfə Əbil Əbilovu sıralarına qatıb. O, daha öncə «Sabah» və «Araz-Naxçıvan»ın formasını geyinib.

«Şamaxı»ya məxsus 2003-cü il təvəllüdlü cinah müdafiəçi ilə 5 aylıq icarə kontraktı bağlanıb.

İlk mövsümünü keçirdiyi çempionatın geridə qalan hissəsində 4 xal toplayan və turnir cədvəlinin 9-cu pilləsində yer alan Ağsu klubu qış fasiləsində 12 futbolçuya qapını göstərib.

Yeni ilə irimiqyaslı «təmizləmə» ilə qədəm basan Ağsu klubu Elçin Əliyev, Fürdovsi Kazımov, Ruslan Hüseynov, Uğur İbrahimov, Bayram Paşazadə, Mehdi Əliyev, Fuad Məmmədzadə, Hacı Rüstəmov, Amil Cabbarlı, Tural Əmirhüseynov, Peyman Əliyev və Bəhlul Əliyev ilə vidalaşıb.

Onlarla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti