Region Liqasından I Diviziona komanda buraxılacaq?

21 İyul 2020 12:44 I Divizion 995
Region Liqasından I Diviziona komanda buraxılacaq?

«Hələlik Region Liqasının heç bir iştirakçısı növbəti mövsümdə I Divizionda mübarizə aparmaq üçün bizə müraciət etməyib».

Bu sözləri Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının texniki idman şöbəsinin rəisi Elgiz Abbasov deyib.

Region Liqasında ilk 2 mövsümün çempionu olan «Uğur», o cümlədən, Qusar «Şahdağ»ı və Lənkəran «Alyans»ı peşəkar statuslu yarışma meydanına qatılmaq arzusundadır.

Yarımhəvəskar turnirdə qüvvəsini sınayan daha 2-3 kollektiv var ki, icazə verilərsə, I Divizionda özünü göstərmək niyyətindədir. Bu mənada «Uğur» və «Şahdağ» digərlərindən daha çox fəallıq göstərir.

E.Abbasovun bildirdiyinə görə, aşağı dəstədə çıxış edəcək komandaların sayına gələn ay aydınlıq gələcək: «Bugünə kimi heç bir yeni komandadan xəbər yoxdur. Bu məsələlərə avqustuda baxacağıq.

İstəyimiz odur ki, ən pis halda I Divizionda keçənilki qədər iştirakçı olsun. Sentyabrın ortasınadək çempionatı başlatmaq fikrindəyik. Ümid edirik ki, Divizionun startı sonrakı vaxta qalmayacaq».

Digər Xəbərlər
Xəbər Lenti