I Divizion klublarını yaxından maraqlandıran MƏLUMAT

18 İyul 2020 20:20 I Divizion 1 591
I Divizion klublarını yaxından maraqlandıran MƏLUMAT

I Divizionda növbəti mövsümün startı sentyabr ayına planlaşdırılır.

Bu barədə Sportinfo.az-a Peşəkar Futbol Liqasının texniki idman şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı təşkilati işlərə avqustda baxılacaq: «Adətən, diviziionda yeni mövsümə Premyer Liqadan bir qədər sonra başlayırıq. Bu dəfə də belə olacaq.

Artıq təşkilatımızın prezirdenti Ramin Musayevlə bu barədə görüşlərimiz olub. İstəyirik ki, çempionatı sentyabrın ilk ongünlüyündə başladaq.

Həmin vaxt Millətlər Liqasının oyunlarıyla əlaqədar fasilə yaranacaq, biz də bundan istifadə etmək istəyirik. Gələn ay təşkilati məsələlərə baxacağıq. Klublara divizionda iştirak edib-etməyəcəkləri ilə bağlı sorğu göndərəcəyik».

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"