COP29

1 ildən sonra Premyer Liqaya dönüşün astanasında: Göz yaşları içində… VİDEO+FOTOREPORTAJ

17 May 09:20 I Divizion 3 154
1 ildən sonra Premyer Liqaya dönüşün astanasında: Göz yaşları içində… VİDEO+FOTOREPORTAJ

Azərbaycan I Liqasında XXVI turun iki görüşü keçirilib.

Sportinfo.az xəbər verir ki, turun mərkəzi matçında “Qaradağ Lökbatan” doğma meydanda “Şamaxı”nı qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi (3:2) ilə başa çatıb.

Günün digər görüşündə isə “İmişli” I Liqanın autsayderi “Araz Saatlı”nın qonağı olub. Ev sahibləri 2:1 hesablı qələbəyə seviniblər.

Bu nəticələrin ardından "Şamaxı" xallarının sayını 54-ə çatdıraraq turnir cədvəlində liderliyi ələ keçirib.

"Qaradağ Lökbatan" 53 xalla ikincidir. "Araz Saatlı" xal ehtiyatını 13-ə çatdırıb. "İmişli"nin isə 47 xalı var.

Çempion komandanın adına sonuncu – XXVII turda aydınlıq gələcək.

Lökbatan OİK stadionu. 1600 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Rauf Allahverdiyev
VAR: Elçin Məsiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: Xəyal Tomarov, 49 (qeyri-idman hərəkəti) // Roman Hüseynov, 21 (qeyri-idman hərəkəti); Abdulla Seydəhmədov, 75 (oyunun bərpasının ləngidilməsi); Süleyman Damadayev, 86 (qeyri-idman hərəkəti); Salman Ələsgərov, 90+7 (oyunun bərpasının ləngidilməsi)
Qollar: Seyxan Fərəcov, 14 (p.); Xəlil Bəşirov, 41 // Emin Zamanov, 31 (p.); 48; 52
Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 8 dəq.

“Qaradağ Lökbatan”

25. Əmrah Zülfüqarlı
77. Sərxan Abdullayev
8. Urfan İsmayılov (k)
5. Murad Qayalı
6. Xəyal Tomarov
(47. Josef Akyam, 57)
33. Fərid Mahmudov
(22. Mikel Badejo, 51)
9. Xəlil Bəşirov
11. Seyxan Fərəcov
4. Asif Məmmədov
(88. Tunar Mütəlimov, 87)
3. Rəşad Həsənov
19. Rayan Quibero

Ehtiyat oyunçular:

90. Məhəmməd Qurbanov
21. Novruz Məmmədov
44. Odri Yola
17. Kənan Cəfərov
7. Sultan Mustafayev
27. Mircamal Əlizadə
Baş məşqçi: Azər Həşimov

“Şamaxı”

62. Abdulla Seydəhmədov
70. Bəhruz Teymurov
(99. Cəlal Cəbrayılov, 80)
60. Səbayıl Bağırov
10. Emin Zamanov (k)
26. Roman Hüseynov
(74. Süleyman Damadayev, 70)
21. Abbas Ağazadə
80. Zahid Mərdanov
5. Arsen Ağcabəyov
13. Ramin Əhmədov
97. Elşad Tağıyev
9. Qurban Səfərov
(44. Salman Ələsgərov, 87)
Ehtiyat oyunçular:

1. Əkpər Vəliyev
22. Sahib Həsənov
77. İbrahim Aslanlı
4. Kənan Quliyev
20. Əli Mürsəlov
11. Samir Məhərrəmli
88. Elçin Qasımov
8. Edqar Adilxanov
Baş məşqçi: Ramiz Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"