AFFA Azərbaycan futboluna yeni "məbəd" bəxş edir - TOVUZDAN FOTOREPORTAJ

17 İyul 2020 19:02 I Divizion 1 293
AFFA Azərbaycan futboluna yeni "məbəd" bəxş edir - TOVUZDAN FOTOREPORTAJ

Bütün ölkənin gözü Tovuzdadır. Hamının ürəyi bu rayonla döyünür.

Azərbaycan-Ermənistan sərhədinin bu istiqamətində gedən döyüşlər bütün diqqətləri tamamilə qərb bölgəsinə yönəldib.

Ordumuzun düşməni yerində oturtması, onlara ağır zərbələr vurması hər kəsi sevindirməkdədir. Belə bir gündə Tovuzdan daha bir xoş xəbər almışıq. AFFA-nın maliyyə dəstəyi ilə tikilən futbol bazası və akademiya artıq istifadəyə verilmək üzrədir.

«Turan Tovuz» üçün nəzərdə tutulan layihə böyük ölçüdə icra olunub. İndi burada son tamamlama işləri gedir. Ötən ilin sentyabrından başlayan yenidənqurma çərçivəsində əsas və yardımçı meydança, üstübağlı manej, soyunub-geyinmə otaqları, iki bina hazır vəziryyətə gətirilib.

Sportinfo.az Tovuz stadionundan hazırladığı fotoreportajı təqdim edir:

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!