Elmar Vəliyevin oğlunun dostu bu vəzifədən İSTEFA VERDİ

25 İyun 2020 23:00 I Divizion 1 847
Elmar Vəliyevin oğlunun dostu bu vəzifədən İSTEFA VERDİ

Sportinfo.az xəbər verir ki, Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun müşaviri Elnur Camalxanov istefa verib.

Bu barədə mətbuata heç bir açıqlama verilməsə də E.Camalxanov artıq uzun müddətdir ki, qurumla əlaqəsini kəsib.

Belə ki, o, İslam Oyunlarından bir qədər sonra Federasiyada işləməkdən imtina edib.

Həmin vəzifədən ayrıldıqdan sonra E.Camalxanov müxtəlif yerlərdə çalışıb, həmçinin "Kəpəz"in icraçı direktoru olub. Onun hazırda yeni idman klubu yaratdığı bildirilir.

E.Camalxanov Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyevin dostudur (unikal.org).

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM