AFFA-nın pulu qurtardı, bölgə klubunda iş yarımçıq qaldı

25 İyun 2020 12:44 I Divizion 1 405
AFFA-nın pulu qurtardı, bölgə klubunda iş yarımçıq qaldı

AFFA ötən ildən etibarən Tovuz şəhər stadionunda aparılan tikinti və yenidənqurma layihəsini yarımçıq dayandırıb.

Bu barədə Sportinfo.az-a «Turan» azarkeşləri məlumat verib.

Redaksiyamıza telefon açan yerli futbolsevərlər bildirib ki, artıq bir neçə aydır işlərə ara verilib. Arenada planlaşdırılan təmir-tikintinin əsas hissəsi başa çatsa da, təhvil-təslimin nə vaxt olacağı məlum deyil.

Onların dediyinə görə, bu məsələ ilə bağlı «Turan» rəhbərliyi ilə əlaqə saxlayıblar. Onlara problemin AFFA-nın maliyyə çatışmazlığı ilə üzləşməsi səbəbindən yarandığı söylənilib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?