Elxan Məmmədovu hədələdi: "Komandanı Premyer Liqaya buraxmasaz…"

9 İyun 2020 18:34 I Divizion 1 432
Elxan Məmmədovu hədələdi: "Komandanı Premyer Liqaya buraxmasaz…"

«Turan Tovuz»un Müşahidə Şurasının sədri Oqtay Abdullayev AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədova xəbərdarlıq edib.

Sportinfo.az-ın məlumatına görə, tərəflər arasında sərt tonda keçən telefon danışığı olub.

AFFA İcraiyyə Komitəsinin mövsümü yarımçıq başa vurmaqla bağlı qərarından sonra I Divizionun çempionu elan edilən Tovuz klubunun rəhbəri haqlı tələb irəli sürüb.

O, E.Məmmədovla söhbətində «Turan»un Premyer Liqaya buraxılmalı olduğunu bildirib: «2014-cü ildən buradayam. Artıq ikinci dəfədir çempion oluruq.

Bütün Tovuz üstümə gəlir. Hamı məndən tələb edir ki, çempionuqsa, Premyer Liqada oynamalıyıq. Mən artıq təzyiqlərdən, söz-söhbətlərdən bezmişəm.

Rayon camaatı «Turan»ın haqqının verilməsini istəyir. Klub bu dəfə də Premyer Liqadan kənarda qalsa, mən istefa verəcəm. Biz - mən, məşqçilər, futbolçular burada çox əziyyət çəkirik, bu münasibətə dözmək olmur» deyib.

AFFA-nın rəhbəri Oqtay Abdullayevə qərar verməyə tələsməməyi tapşırıb. O, yaxın vaxtlarda bu mövuzda bəzi suallara aydınlıq gələcəyi və bir qədər gözləməsini məsləhət görüb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"