Azərbaycanda daha bir komandanın dağılmaq təhlükəsi yarandı

5 İyun 2020 23:20 I Divizion 1 779
Azərbaycanda daha bir komandanın dağılmaq təhlükəsi yarandı

Azərbaycan futbolu daha bir klubu itirmək təhlükəsi yaşayır.

Sportinfo.az-ın məlumatına görə, «Qaradağ Lökbatan»ın fəaliyyətini dayandırması gündəmə gəlib.

2008-ci ildə yaradılan komanda «Neftçi» İdman Klubunun nəzdindədir.

«Neftçi» İK SOCAR-dan maliyyələşir. Neft şirkəti bura ayırdığı büdcəni azaltmağı götür-qoy edir və artıq klubda bundan xəbərdardılar.

«Qaradağ Lökbatan» 2011-2012-ci illərdə I Divizionun çempionu olub. Daha bir neçə dəfə gümüş və bürünc medal qazanan qəsəbə təmsilçisi bu mövsümdən strategiyasını 180 dərəcə dəyişib, gəncləşmə yolu seçib.

Bu da konkret futboldankənar amillərlə əlaqədardır. Çünki neçə ildir ki, «Qaradağ»ın adı bukmeyker kontolarıyla yanaşı hallanır. UEFA-dan bununla bağlı AFFA-ya daxil olan serkulyar məktublarda dəfələrlə bu klubun adı keçib.

Ortada dəlil-sübut olmasa da, federasiya hələ 2-3 il öncə istəyirdi ki, QL-ı I Diviziondan uzaqlaşdırsın. «Neftçi» İdman Klubunun İdarə Aparatının sədri Sadıq Sadıqov geri çəkilsəydi, komanda artıq yox idi. İndi isə maliyyə problemini aradan qaldırmaq tək Sadıqovun bacarağı işi deyil. məsələ onu aşır,

«Qaradağ»ın büdcəsi çox aşağıdır. Heç 100 min manat da deyil. Lökbatanlılar təcrübəsiz yeniyetmə və gənclərin ümidinə qalıb. Odur ki, komanda AFFA tərəfindən yarımçıq dayandırılan mövsümdə cəmi 7 xal toplaya bilib və turnir cədvəlinin sonuncu piləssini tutub.

Mümkündür ki, «Qaradağ Lökbatan» I Diviziondan çəkilsin, akademiyası isə fəaliyyətini dayandırmasın. İllərdir ki, QL-nın tərkibində aşağı yaş qrupları üzrə bir neçə komanda formalaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti